Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıldı

18 Oktyabr 2017 03:30 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisi ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılması barədə qərar qəbul edib. Bu qərar Türkiyə Baş nazirinin təklifi əsasında qəbul olunub.

Xatırladaq ki, Türkiyədə fövqəladə vəziyyət rejimi ötən il iyunun 15-də dövlət çevrilişinə cəhddən sonra tətbiq edilib.