Poroşenko açıqladı: "Ukrayna deputat toxunulmazlığını ləğv edir"

18 Oktyabr 2017 01:04 (UTC+04:00)

"Deputat toxunulmazlığının ləğvi və Antikorrupsiya məhkəməsinin yaradılması ölkədə korrupsiyaya qarşı mübarizənin mühüm tərkib hissəsidir." Trend-in məlumatına görə, bunu Ukrayna Prezidenti Petro Poroşenko bəyan edib.

P.Poroşenko uzun müddətdir cəzasızlığa zəmanət verən deputat toxunulmazlığının ləğvi ilə bağlı təxirəsalınmaz qanun layihəsini artıq Ali Radaya təqdim etdiyini bildirib. Yeni məhkəmənin yaradılması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılacaq.