“Lester” klubu baş məşqçisini qovdu

18 Oktyabr 2017 00:19 (UTC+04:00)

İngiltərənin “Lester” klubu baş məşqçisi Kreyq Şekspiri istefaya göndərib. “Daily Mail” nəşrinin xəbərinə görə, səbəb komandanın bu mövsüm Premyer Liqada uğursuz çıxışıdır. Artıq klub rəhbərliyi Şekspirlə görüşərək qərarı ona bildirib. Qeyd edək ki, “Lester” 8 turdan sonra 6 xalla 18-ci pillədə qərarlaşıb. Əlavə edən ki, Şekspir bu ilin mart ayından “Lester”i çalışdırırdı.