“Sumqayıt” - "Zirə" oyununun vaxtı müəyyənləşib

17 Oktyabr 2017 16:07 (UTC+04:00)

Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində keçiriləcək “Sumqayıt” - "Zirə" oyununun vaxtı müəyyənləşib. SİA-nın məlumatına görə, matç oktyabrın 21-də "Kapital Bank Arena"da baş tutacaq və 17:00-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı oyun isə oktyabrın 22-də eyni məkanda keçiriləcək və saat 15:00-da başlanacaq.