Portuqaliyada ölənlərin sayı artıb

17 Oktyabr 2017 14:00 (UTC+04:00)

Portuqaliyada meşə yanğınlarında ölənlərin sayı 36 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə zamanı 7 nəfər itkin düşmüş hesab edilir.

Məlumata görə, 52 nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan 15-nin vəziyyəti ağırdır.

Alovun söndürülməsinə 3 300 yanğınsöndürən cəlb edilib.