İqnasio Herrera: "Atletiko"nu Bakıda çətin oyun gözləyir" AÇIQLAMA

17 Oktyabr 2017 11:41 (UTC+04:00)

"Neftçi"nin futbolçusu İqnasio Herrera Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu ilə bağlı danışıb. SİA-nın məlumatına görə, o, "Marca"ya açıqlamasında Madrid klubunu Bakıda çətin oyun gözlədiyini deyib: "Qarabağ" çox yaxşı komandadır. Onların güclü futbolçuları var. "Qarabağ" "Atletiko"nun işini çətinləşdirəcək".

Qeyd edək ki, İ.Herrera 2008-2009-cu illərdə İspaniyada “Betis”in B komandasında çıxış edib.