ARDNŞ sentyabr ayında 21 986 ton benzini ixrac edib
5 Oktyabr 2010 01:34 (UTC+04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin sentyabr ayında 21 986 ton avtomobil benzini, 134 268 ton dizel yanacağı, 9 024 ton təyyarə yanacağı ixrac edib. ARDNŞ-in mətbuat xidmətindən SIA-ya ümumilikdə, 2010-cu ilin yanvar-sentyabr ayları ərzində 134 303 ton avtomobil benzini, 1 227 848 ton dizel yanacağı, 89 351 ton təyyarə yanacağı, 764 ton soba mazutu ixrac edilib.
Qeyd edək ki, sentyabrda dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) - 697,69 dollar, təyyarə yanacağının – 694,92 dollar, dizel yanacağının – 662,47 dollar, 1 faizli kükürdlü mazutun qiyməti isə 449,32 dollar təşkil edib.