“Qarabağ daş dövründə” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

5 Oktyabr 2010 01:29 (UTC+04:00)
Bu gün "İrşad" mehmanxanasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə "Qarabağ daş dövründə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir. AMEA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, beynəlxalq elmi konfrans Azıx paleolit mağara düşərgəsinin kəşfinin 50 illiyinə həsr olunub.

Konfransda Azərbaycan alimləri ilə yanaşı, Almaniya, Rusiya, Ukrayna və digər ölkələrin alimləri də iştirak edirlər. Konfrans 7 oktyabr tarixinədək davam edəcək.