“Qarabağ” - “Atletiko" matçında ictimai dayanacaq azarkeşlərin xidmətində olacaq

16 Oktyabr 2017 15:03 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ” “Atletiko”nu qəbul edəcək. SİA-nın məlumatına görə, azarkeşlərin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq onların xidmətində olacaq.

Azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl - saat 17:00-dan etibarən istifadə edə bilər.

Qeyd edək ki, “Qarabağ”ın “Atletiko" ilə matçına bilet satışı davam edir. Azarkeşlər sabahdan etibarən biletləri Bakı Olimpiya Stadionun qarşısında yerləşdirilən satış məntəqələrindən də əldə edə bilərlər.

Xatırladaq ki, oktyabrın 18-i Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.