Müdafiə naziri Ümummilli Liderin abidəsini ziyarət edib

16 Oktyabr 2017 13:30 (UTC+04:00)

Oktyabrın 16-da Gürcüstana səfərə gələn Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev adına Parkı ziyarət edib.

SİA-nın verdiyi məlumata görə, nümayəndə heyəti xalqımızın Ümummilli Liderinin abidəsi önünə əklil qoyaraq xatirəsini dərin ehtiramla yad edib.