Saakaşvilinin tərəfdarı olan gürcü biznesmen Ukraynaya buraxılmadı

16 Oktyabr 2017 00:19 (UTC+04:00)

Gürcü biznesmen və deputat Koba Nakopiyanın Ukraynaya girişinə izn verilməyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatına Nakopiyanın özü məlumat verib. O, Kiyev hava limanında gömrük işçiləri tərəfindən saxlandıqdan sonra ölkəyə girişinə qadağa qoyulduğunu söyləyib. Nakopiya ölkəyə girişinə qadağa qoyulmasının səbəbinin izah edilmədiyini bildirib.

Qeyd edək ki, gürcü biznesmen Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin tərəfdarı hesab edilir.