İran Hərbi gəmiləri Dağıstana gələcəklər

16 Oktyabr 2017 00:04 (UTC+04:00)

İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri Dağıstanın Mahaçqala limanına gələcəklər. Bunu jurnalistlərə açıqlamasında İranın Xəzər donanmasının rəhbəri Bəndər Ənzəli söyləyib. Onun sözlərinə görə, gəmilər şənbə günü İrandan Rusiyaya yola düşüblər. O, gəmilərin Rusiya sahil sularında Rusiya Hərbi Dəniz Qüvvələri ilə bir günlük hərbi təlim keçirəcəyini bildirib.