Somalidəki partlayışda ölənlərin sayı 189 nəfərə çatıb

15 Oktyabr 2017 19:49 (UTC+04:00)

Somalinin paytaxtı Moqadişoda baş verən partlayışda ölənlərin sayı 189 nəfərə çatıb, 200 nəfər isə yaralanıb.

RİA Novosti xəbər verir ki, ölkədə üç günlük matəm elan olunub. Qeyd edək ki, ötən gün şəhərin küçələrindən birində partlayıcı maddə dolu yük maşını partladılıb. Yerli mətbuat isə iki avtomobilin partladıldığını bildirir. Əvvəlcə 40 nəfərin öldüyü barədə məlumat yayılmışdı.