Konte: "Futbolu həm sevir, həm də niftrət edirəm”

15 Oktyabr 2017 18:32 (UTC+04:00)

UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan “Çelsi”nin baş məşqçisi Antonio Konte maraqlı açıqlamalarla gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis çox yorulduğunu və futbola nifrət etdiyini deyib.

“Möhtəşəm bir baş məşqçi olmaq üçün həyatınızı fəda etməlisiniz. Günün 18 saatını futbol haqqında düşünməyə məcburam. Bundan zəhləm gedir” – deyə Konte bildirib. O, əslində bu sənətin uşaqlıq arzusu olduğunu da qeyd edib: “Məşqçilik uşaqlığımdan bəri xəyalım olub. 14 yaşım olanda məktəb komandasına məşq keçirdim. Bu işin mənim həyatım olacağını hiss etmişdim. Gündə 4 və ya 5 saat yatıram. Gözlərim açıq olduğu hər an futbolu düşünürəm. Bu işi həm sevir, həm də niftrət edirəm”.

Qeyd edək ki, Antonio Konte 2016-cı ildən “Çelsi”yə rəhbərlik edir.