Saakaşvili: "Ukrayna sovet və postsovet dövründən çıxmalıdır"

15 Oktyabr 2017 02:19 (UTC+04:00)

"Maydan əsas vədini yerinə yetirməyib." Axar.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

“Abidələri yıxmaqla, küçə adlarını dəyişməklə iş bitmir. Ukrayna sovet və postsovet dövründən çıxmalıdır. Bunu yalnız yanaşma tərzi və siyasi elitadakı dəyişiklik hesabına etmək olar. Maydan Ukraynanın idarəetmə imicini dəyişdirməyib. Hər kəs bunu sona çatdırmaq məcburiyyətindədir”, - deyə o bildirib.