Bakı sakini evində huşsuz halda tapılıb

15 Oktyabr 2017 01:02 (UTC+04:00)

Bakı sakini evində huşsuz halda tapılıb. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşı huşsuz vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.