"Bitcoin" ilə bağlı xəbərdarlıq

14 Oktyabr 2017 10:45 (UTC+04:00)

Beynəlxalq Valyuta Fondunun sədri Kristin Laqard CNBC-yə verdiyi müsahibəsində böyük mərkəzi banklara virtual valyutalarla bağlı xəbərdarlıq edib.

BVF sədri qlobal maliyyə qurumlarını virtual valyutaya münasibətdə diqqətli olmağa çağırıb. O, buna səbəb kimi risk amillərini qeyd edib: "Böyük təxribatlar görməyə yaxınıq".

Qeyd edək ki, son iki gündə "Bitcoin"in qiyməti 5 min dollar səviyyəsini aşıb. Bu gün səhər saatlarında 5874 dollara yüksələrək, tarixi maksimal səviyyəyə çatıb.