"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino həmkarı Xosep Qvardiolanın fikirlərinə münasibət bildirib. SİA-nın məlumatına görə, argentinalı mütəxəsis onun "Tottenhem"ə "Keynin komandası" deməsinə etiraz edib: "Pepi tanıyıram. Parlaq qələbədən sonra həyəcanlananda nəzakətli olmağa çalışır. Amma onun sözləri çoxlarına hörmətsizlik oldu. Qvardiola "Barselona"da uğurun bir hissəsi idi. O zaman mən katalon klubuna "Messinin komandası" demirdim. Digər futbolçuları nəzərə alıb belə sözlər işlətmək olmaz. Qəribə vəziyyətdir".