Tanınmış türk aktrisa yenidən xərçəngə tutulub...

14 Oktyabr 2017 05:19 (UTC+04:00)

"Yeşilçam" dövrünün aktrisası Bahar Öztandan pis xəbər var. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, xərçəng xəstəliyindən tamamilə sağaldığını söyləyən 55 yaşlı aktrisa ona yenidən tutulub.

Qeyd edək ki, Bahar 2015-ci ildə qarın nahiyəsindəki şişə görə xəstəxanaya düşüb. Yumurtalığında xərçəng xəstəliyi olduğunu öyrənən aktrisa dərhal əməliyyat olunub. Doqquz gün reanimasiyada qalan B.Öztanın xəstəliyindən tamamilə sağaldığı bildirilmişdi.