Ölkədə TV və radio yayımı dayandırılacaq DİQQƏT!

13 Oktyabr 2017 11:46 (UTC+04:00)

Oktyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə özəl olaraq ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Profilaktika ilə əlaqədar olaraq telekanal və radiostansiyaların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətinin yoxlanılmasını nəzərdə tutur. Prosedur texniki problemlərlə qarşılaşmamaq baxımından zəruridir. (trend)