İsveçdə atışma olub

13 Oktyabr 2017 09:35 (UTC+04:00)

İsveçin cənubunda yerləşən Trelleborq şəhərinin mərkəzində baş verən atışma nəticəsində 4 nəfər travma alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Atəş açanların kimliyi və xəsarət alanların vəziyyəti hələlik açıqlanmır.

Polis bir və ya bir neçə qanun pozuçusunun yaxalanması istiqamətində əməliyyata başlayıb.