İran parlamentinin sədri Əli Laricani Ermənistana gedəcək

4 Oktyabr 2010 06:39 (UTC+04:00)

İran parlamentinin sədri Əli Laricani gələn həftə Ermənistan və Qazaxıstana səfər edəcək. SİA-nın NEWS.am-a istinadən verdiyi xəbərə görə, Laricani gələn həftə əvvəlcə Ermənistana gedəcək, buradan isə Qazaxıstana yollanacaq.

İran MEHR Agentliyinin verdiyi məlumata görə, Əli Laricani 4 günlük ziyarəti əsnasında hər iki ölkənin rəsmiləri ilə ikitərəfli münasibətləri müzakirə edəcək.