Mərkəzi Bank depozit hərracı keçirəcək

12 Oktyabr 2017 20:01 (UTC+04:00)

Oktyabrın 16-da Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, hibrid hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99 faiz təşkil edir.