Azərbaycanın qadın komandası Rusiyanın Xantı-Mansı şəhərində başa çatmış Dünya Şahmat Olimpiadasında 7-ci yeri tutub.
SİA-nın məlumatına görə, həlledici – 11-ci turda şahmatçılarımız Vyetnam idmançılarına 2,5:1,5 hesabı ilə qalib gələrək, yekunda 16 xal toplayıblar. Rusiya-1 (22 xal) 1-ci, Çin (18 xal) 2-ci, Gürcüstan və Kuba (16 xal) 3 və 4-cü yerlərə çıxıblar.
Azərbaycanın kişilərdən ibarət yığması isə həmin turda Rusiya-3 komandası ilə görüşü 2:2 hesabı ilə başa vuraraq 15 xalla 12-ci yeri tutub.
Ukraynanın kişi şahmatçıları 19 xalla olimpiya çempionu adını qazanıblar. Rusiya- 1 (18xal) 2-ci, İsrail və Macarıstan (17xal) müvafiq olaraq 3 və 4-cü yerləri tutublar.