Yağ qutularında papiroslar aşkar edildi

12 Oktyabr 2017 14:08 (UTC+04:00)

Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postundan keçməklə Rusiya Federasiyasından Azərbaycana gələn Azərbaycan Respublikası vətandaşının əl yüklərinə gömrük baxışı keçirilib. SİA-nın verdiyi məlumata görə, bu zaman vətəndaşa məxsus yağ qutularındakı yağların altından ümumi sayı 126 qutu olan "Belomorkanal" markalı papiroslar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.