Prezident İlham Əliyev Azərbaycan və Portuqaliya arasında Anlaşma Memorandumunu təsdiq edib

3 Oktyabr 2010 07:49 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il iyulun 15-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Portuqaliya Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə sərəncam imzalayıb.

SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Memorandumun həyata keçirilməsini təmin etsin və Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Portuqaliya Respublikası tərəfini xəbərdar etsin