"Hazırda AÇG blokunda 550 milyon tondan çox neft ehtiyatı var"

12 Oktyabr 2017 11:32 (UTC+04:00)

Hazırda Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarında və “Günəşli” yatağının dərinsulu hissəsində 550 milyon tondan çox neft ehtiyatı var. Bu ehtiyatların artması ehtimalı var. Bu barədə oktyabrın 12-də Bakı öz işinə başlayan Beynəlxalq Neft Sammitində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib ki, "Şahdəniz-1" yatağından illik 9 milyard kubmetr təbii qaz hasil edilir. "Şahdəniz-2" yatağı istifadəyə verildikdən sonra əlavə 16 milyard kubmetr qaz çıxarılacaq. Bu həcmin 6 milyard kubmetri Türkiyə bazarına, 10 milyard kubmetri isə Avropa bazarına çatdırılacaq.