Sürət qatarının hərəkət cədvəli dəyişəcək Sumqayıtlıların nəzərinə

12 Oktyabr 2017 09:46 (UTC+04:00)

16 oktyabrdan etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yanvarın 7-də təsdiq olunmuş hərəkət cədvəli tətbiq ediləcək.

SİA-nın verdiyi məlumata görə, Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişəcək.

Qeyd edək ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər haqqında ətraflı məlumatı www.ady.az saytından əldə etmək mümkündür.