Kukla Teatrına yeni direktor təyin olunub

12 Oktyabr 2017 09:08 (UTC+04:00)

Gəncə Dövlət Kukla Teatrına yeni direktor təyin olunub. SİA-nın məlumatına görə, teatrda aktrisa kimi fəaliyyət göstərən Mahirə Haqverdiyeva teatrın direktoru vəzifəsinə təyin olunub.

Məlumata görə, 1978-ci ildə anadan olan Mahirə Haqverdiyeva 1997-ci ildən teatrda aktrisa vəzifəsində çalışıb.

Qeyd edək ki, teatrın əvvəlki direktoru Bayram Fətəliyev bir müddət əvvəl dünyasını dəyişib.