Fransa Kataloniyanın müstəqillik qərarına qarşı çıxdı

11 Oktyabr 2017 22:03 (UTC+04:00)

"Fransa Kataloniyanın müstəqilliyi haqqında bəyannaməsini qəbul etmir." Bunu Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anyes Romate-Espan söyləyib. Onun sözlərinə görə, müstəqillik məsələsi İspaniyanın daxili işidir:

"Bu daxili böhranın həlli İspaniya Konstitusiyası çərçivəsində tapılmalıdır. Konstitusiyanın birliyi və qanuniliyinə hörmət edilməlidir. Katalon hakimiyyətinin birtərəfli müstəqillik bəyannaməsi heç bir halda tanınmamalıdır".