31 yaşlı Gəncə sakinini bıçaqladılar

11 Oktyabr 2017 18:22 (UTC+04:00)

Gəncədə bıçaqlanma faktı qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə şəhərin Heydər Əliyev prosspektində qeydə alınıb.

31 yaşlı Tahirov Sənan Vəliqulu oğlu hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. Bədənin çoxsaylı kəsilmiş –deşilmiş xəsarətləri alan yaralı ətardakıların yardımı ilə Gəncədəki xəstəxanalardan birinə gətirilib. Vəziyyətinin orta ağır olduğu deyilir.

İ.Məmmədov