“Günəşli” yatağında yeni quyu qazılır

2 Oktyabr 2010 22:07 (UTC+04:00)
"Günəşli" yatağındakı 13 saylı platformadan 79 nömrəli quyuda qazma işlərinə başlanılıb. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 3500 metrdir. Maili istiqamətləndirilən bu quyu "28 May" NQÇİ-nin sifarişi əsasında "SOCAR-AQŞ" Müştərək Müəssisəsi tərəfindən qazılır. Quyunun 2010-cu ilin dekabr ayında təhvil verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu, "SOCAR-AQŞ"-nin "Günəşli" yatağındakı 13 nömrəli platformadan qazdığı sayca 11-ci quyudur. Hazırda müəssisə "Günəşli" yatağında yerləşən iki platformada neft və qaz quyularının qazılması və tikintisi işlərini həyata keçirir. 11 saylı platformada 1, 13 saylı platformada isə 2 quyuda qazma işləri aparılır.