Soyuqdəyməyə son qoymaq üçün bunları edin!

12 Oktyabr 2017 07:03 (UTC+04:00)

Xalq kəlamına görə “müalicə olunmayan soyuqdəymə 7 gün, müalicə olunan isə bir həftə çəkər”. Soyuqdəymə bizi tutan kimi aspirin, qaynar suya qatılan toz dərmanlarına müraciət edirik. Lakin xəstəliyi əvvəlcədən qabaqlasaq bu qədər əziyyət çəkmərik.

İlk öncə boğazımızı qıcıqlandıran ağrını hiss edən kimi:

Siqareti atırıq. Heç olmasa ilk gün üçün. Unutmayın ki, siqaret dumanı mikrobları uzaqlaşdıran nəfəs tükcüklərinin fəaliyyətini zəiflədir. Bir stəkan ilıq suya 1 çay qaşığı soda, 1-2 damcı yod – və bu məhlulla bir neçə dəfə boğazınızı yaxalayın. 1 ədəd Falimint və ya Farinqosept həbi vəziyyəti yaxşılaşdıracaq. Çoxlu miqdarda bal yeyin, insan orqanizminə gərəkli olan 24 mikroelementdən, 22 – si balın tərkibində mövcuddur.

Nəfəs kəsən öskürək.

Qorçiçnik. Yandırma effekti sayəsində gecəni rahat yata biləcəksiniz. Bir çay qaşığı bal və kərə yağı ilə ovxalanmaq həmçinin köməyinizə çatacaq. Banka qoymaqdan imtina edin. Son tədqiqatlara görə bankadan sonra dəri üzərində qalan qan sızaqları həmçinin daxili orqanlarda da öz izini buraxır.

Burunun tutulması

2-3 damcı çuğundur, aloe və ya soğan suyu nəfəsinizi açacaq. Həmçinin kartof buxarının inqalyasiyası bu məsələdə kömək edəcək sizə.

Halsızlıq

Sitrus meyvələr, alma yesəniz 3cü gün sonra yüngüllük hiss edəcəksiniz.

Ümumi məlumat

Xəstəliyin yaxınlaşdığını hiss etdikdə 2 limonun şirəsini sıxaraq balla qarışdırın və için. Gün ərzində 6-8 stəkan maye içməyinizdə fayda var, limonlu, ballı, moruqlu çay daha uyğundur.

Antibiotik qəbul etmədən öncə bu tədbirləri görməyiniz məslətlidir.