Çimərlik voleybolu üzrə beynəlxalq turnirə start verilib

11 Oktyabr 2017 16:24 (UTC+04:00)

Bakıda çimərlik voleybolu üzrə beynəlxalq turnir başlayıb. SİA-nın məlumatına görə, yarışda kişilər arasında Azərbaycan, Avstriya, Çexiya, Danimarka, Finlandiya, Fransa, Yunanıstan, İtaliya, Latviya, Hollandiya, Rusiya, Sloveniya, İsveç, Türkiyə və Ukrayna voleybolçuları mübarizə aparırlar.

Qadınların mübarizəsində isə Azərbaycan, Avstriya, Belçika, Belarus, Cənubi Kipr, Çexiya, Danimarka, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Hollandiya, Rusiya, Şotlandiya, Sloveniya və İsveç təmsilçiləri yarışır.

Azərbaycanı turnirdə Ruslan Əliyev–Vüsal Qurbanov, Vadim Kutukov–Pərviz Səmədov, Fidan Ağaməmmədova–Dünya Vəliyeva, İlhamə Əliyeva–İrina Abbaszadə və Nazilə Səlimova–Viktoriya Ağakişiyevadan ibarət cütlüklər təmsil edir.