Oqtay Əsədov Belarusda

11 Oktyabr 2017 12:45 (UTC+04:00)

Milli Məclis sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Minskə gedib. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov , deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digərləri daxildir.

Səfər çərçivəsində Milli Məclis sədrinin ölkə prezidenti Aleksandr Lukaşenko, baş nazir Andrey Kobyakov, Respublika Şurasının sədri Mixail Myasnikoviç və Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da dərinləşməsi, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində deputatlar ölkədəki Azad İqtisadi Zonanın fəaliyyəti ilə yaxından maraqlanacaq, Minsk Traktor zavodunda, Belarus-Azərbaycan Ticarət Evində olacaqlar.

Səfər oktyabrın 13-də başa çatacaq