UEFA-nın ayırdığı vəsait klubların hesabına köçürülüb

11 Oktyabr 2017 12:24 (UTC+04:00)

2017-2018-ci il mövsümündə UEFA Avropa Liqası turnirində iştiraka görə UEFA tərəfindən ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada aidiyyatı klubların hesabına köçürülüb. SİA-nın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb.

Maliyyə vəsaitlərinin köçürüldüyü klublar:

“Zirə”– 440 000.00 avro

“Qəbələ” – 460 000.00 avro

“İnter” – 440 000.00 avro

Qeyd edək ki, “İnter” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.