Bakı şəhər birinciliyinə yekun vurulub FOTOLAR

11 Oktyabr 2017 11:50 (UTC+04:00)

Stend Atıcılığı İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən kişilər arasında stend atıcılığı üzrə Bakı şəhər birinciliyinə yekun vurulub. SİA-nın məlumatına görə, yarış dairəvi və səngər stendi sistemi üzrə keçirilib. Səngər sistemi üzrə yarışda Mirmömin Ağazadə, Cabir Mehdizadə və Vaqif Məmmədov birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar. Dairəvi sistem üzrə yarışda isə Niyaz Ağazadə, Cavid Həsənov, Əli Səfərli ilk üç pillədə yer alıblar.

Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.