Azərbaycan Cüdo Federasiyasının prezidenti milli komandanın düşərgəsinə baş çəkib

2 Oktyabr 2010 20:37 (UTC+04:00)
Cüdo üzrə kişilər və qadınlardan ibarət əsas milli yığma komandamız 9-13 sentyabr tarixlərində Yaponiyanın paytaxtı Tokiyo şəhərində keçiriləcək növbəti dünya çempionatına hazırlığını İsmayıllı Olimpiya İdman Kompleksində keçirir. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, federasiyanın prezidenti Fizuli Ələkbərov cüdoçularımıza baş çəkərək təlim-məşq prosesinin gedişatı ilə maraqlanıb. Baş məşqçi Ağayar Axundzadə yığma üzvlərinin yüksək əhval-ruhiyyədə və hazırlıqlı olduğu barədə məlumat verib. Federasiya prezidenti idmançıların medallarla qayıdacaqlarına ümid bəslədiyini gizlətməyib.