“AtaTravel” müsabiqə təşkil edir

11 Oktyabr 2017 10:30 (UTC+04:00)

“AtaTravel” turizm ixtisası üzrə təhsil alan tələbələr üçün müsabiqə təşkil edir

“AtaTravel” turizm şirkəti ali məktəblərin turizm fakültələrinin yuxarı kurslarında (III-IV kurslar) təhsil alan tələbələr üçün tur proqram hazırlamaqla bağlı müsabiqə təşkil edir. Belə ki, adıçəkilən kateqoriyaya aid tələbələr müsabiqəyə xarici turistlər üçün nəzərdə tutulmuş Azərbaycan daxilində tur proqram təqdim edə bilərlər. Tur proqram Azərbaycanın istənilən bir turizm bölgəsinə aid olmaqla, həmin regiona aid əlamətdar turizm nöqtələrini və marşrutlarını əhatə etməli, əsaslandırılmış olmalıdır. Hər müsabiqə iştirakçısı olan tələbə yalnız bir tur proqram təqdim edə bilər. Müsabiqədə iştirak etmək istəyən müvafiq kateqoriyaya aid tələbələr CV ilə birlikdə tur proqramı oktyabr ayının 11-dən noyabr ayının 11-nə qədər tours1@atatravel.az ünvanına göndərməlidirlər. Əlavə məlumat üçün +99412 493-05-01/08 şəhər telefonlarına zəng vurmaq olar.

Müsabiqəyə təqdim edilmiş tur proqramlar sözügedən müsabiqə üçün təşkilatçı tərəfindən formalaşdırılmış xüsusi münsiflər heyəti tərəfindən yoxlanılacaq və qiymətləndiriləcəkdir. Müsabiqədə fərqlənən iştirakçılar sertifikatla təltif ediləcək. Qeyd edək ki, müsabiqə tuizm ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarını artırmaq, həmçinin Azərbaycan turizminin inkişafına dəstək məqsədilə təşkil edilir.

“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlər göstərir.