“Araz” bu gün ilk oyununu keçirəcək

11 Oktyabr 2017 09:51 (UTC+04:00)

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində Azərbaycan çempionu “Araz” bu gün ilk oyununu keçirəcək. SİA-nın məlumatına görə, təmsilçimiz Bakı vaxtı ilə saat 17:30-da Rumıniyanın Deva şəhərindəki idman kompleksində Bosniya və Herseqovinanın “Mostar” komandası ilə qarşılaşacaq. Oyunu Tomasz Frak (Polşa), Kiril Naişouler (Finlandiya) və Şota Kukhilavadan (Gürcüstan) ibarət hakimlər briqadası idarə edəcək.

“Araz”ın heyətini diqqətinizə çatdırırıq:

1. Rövşən Hüseynli (q), 12. Emin Kürdov (q), 5. Qabriel Bastos, 6. Eduardo Borges, 15. Karvalho dos Santos, 10. Maykon da Silva, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 3. Teles Thaqo, 11. Xətai Bağırov, 17. İsa Atayev, 18. Ramil Quliyev, 9. Oktay Rüstəmli.