Binəli Yıldırım bazar günü İraqa gedəcək

10 Oktyabr 2017 22:03 (UTC+04:00)

Türkiyə Baş naziri Binəli Yıldırım oktyabrın 15-də İraqa səfər edəcək. Axar.az xəbər verir ki, Türkiyə rəsmisi səfər çərçivəsində iraqlı həmkarı Heydər Abadi ilə görüşəcək. Tərəflərin İraq Kürd Muxtariyyətinin keçirdiyi referendum və Başikada türk əsgərlərinin varlığı ilə bağlı müzakirələr aparacağı bildirilib.