Koliforniyada minlərlə insan evlərindən köçürülüb

10 Oktyabr 2017 18:10 (UTC+04:00)

Kaliforniya Valisi Cerri Brovn əyalətin şimalında baş verən yanğınla bağlı fövqəladə vəziyyət elan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Koliforniya Meşəçilik və Yanğından Mühafizə İdarəsindən bildirilib ki, dünən başlayan 14 ayrı yanğında 1500 ev və ofis zərər görüb.Yanğın səbəbi ilə minlərlə insan evlərindən güvənli yerələrə köçürülüblər.

San Fransisko Beynəlxalq Metrologiya İdarəsi və Yanğından Mühafizə İdarəsi digər yerlərdə də yanğın baş verə və yayıla biləcəyini elan edib. Aidiyyatı qurumlar yeni yanğınlara qarşı qabaqlayıcı tədbirlər görürlər.