Azərbaycan kuboku: 1/16 final rəqəmlərin gözü ilə

10 Oktyabr 2017 16:37 (UTC+04:00)

Sabah futbol üzrə Azərbaycan kubokunda 2017/18 mövsümünə start veriləcək. SİA-nın məlumatına görə, 1/16 final mərhələsində I divizionun 4 komandası üz-üzə gələcək. Bu klubların hamısı əvvəllər də ölkə kubokunda mübarizə aparıb. Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütlərin kubok çərçivəsində keçirilən əvvəlki oyunlarının balansını təqdim edir.

Azərbaycan kuboku

1/16 final

11 oktyabr (çərşənbə)

“Ağsu” – “Mil-Muğan” – indiyədək qarşılaşmayıblar

MOİK – “Turan Tovuz” – 1 oyun, +0=0-1, top fərqi 1-2
Rəqiblər iki il əvvəl də 1/16 finalda qarşılaşıb. Paytaxt təmsilçisinin meydanında keçirilən yeganə oyunda Tovuz klubu qələbə qazanıb.

2015/16

1/16 final

MOİK (Bakı) - Turan Tovuz

1:2