DİN Sumqayıtdakı ağır yol qəzası ilə bağlı məlumat yaydı

10 Oktyabr 2017 15:12 (UTC+04:00)

Sumqayıt şəhəri Sülh küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, oktyabrın 9-da saat 2 radələrində Sumqayıt şəhəri Sülh küçəsində şəhər sakini Orxan Məmmədov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub.

Qəzanın baş verməsi nəticəsində sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan İ.Babayev orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.