Cinayət Məcəlləsi plenar iclasda müzakirəyə çıxarılacaq

10 Oktyabr 2017 12:47 (UTC+04:00)

Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş Cinayət Məcəlləsinə cəzaların humanistləşdirilməsi üzrə əlavə və dəyişikliklər layihəsi plenar iclasa tövsiyə olunub. SİA-nın məlumatına görə, layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Layihədə yeni cəza növünün - azadlığın məhdudlaşdırılması cəzasının tətbiq olunması, bəzi cəza növləri üzrə azadlıqdan məhrumetmənin maliyyə sanksiyaları ilə əvəzlənməsiylə birlikdə 300-dən çox dəyişiklik, o cümlədən 34 cinayət üzrə cəzanın müddətinin azaldılması təklif edilir.