MDB xarici işlər nazirlərinin görüşü keçirilib

10 Oktyabr 2017 12:28 (UTC+04:00)

Rusiyanın Soçi şəhərində Müstəqil Dövlətlər Birliyi xarici işlər nazirlərinin görüşü keçirilib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycanı görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.

Görüşdə MDB-də müxtəlif sahələrdə münasibətlərin inkişafı və dərinləşdirilməsi üçün bir sıra məsələlər müzakirə olunub.

Ölkə rəhbərlərinin MDB məkanında ailə instutlarına və ənənəvi ailə dəyərlərinə dəstək bəyanatı, 2019-cu ilin MDB məkanında kitab ili elan olunması haqqında ölkə rəhbərlərinin qərarı, 2020-ci ilin Böyük Vətən müharibəsinin 75 illiyi , MDB Xarici İşlər Nazirləri şurasının və Birliyin iqtisadi şurası haqqında nizamnamələr də qəbul olunan layihələr sırasında olub.

Rüşvətxorluğa qarşı konsepsiya, cinayətkarlıqla mübarizə yolları, terrorizim və ekstremizmə qarşı mübarizədə informasiya mübadiləsi də müzakirə olunaraq qəbul edilib.

Şuranın iclasında 2020-ci ilədək MDB məkanında milli idman növlərinə dəstək, beynəlxalq gənclər təşkilatlarının inteqrasiyası, turizimin 2020-ci ilədək MDB-yə üzv ölkələri arasında inkişafı kimi məsələlər gündəmdə durub.

Qeyd edək ki, layihələr 2017-ci il oktyabrın 11-də Socidə keçiriləcək ölkə rəhbərlərinin iclasında müzakirəyə çıxarılacaq.

Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri şurasının növbəti toplantısı 2018 -ci il aprelin 6-da Belarusun paytaxtı Minskdə keçiriləcək.