Oqtay Əsədov Belarusa səfər edəcək

10 Oktyabr 2017 09:19 (UTC+04:00)

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 10-dan 13-dək Belarus Respublikasında rəsmi səfərdə olacaq. Bu barədə SİA-ya Parlamentin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda həmçinin bildirilib ki, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyətimiz oktyabrın 13-də MDB PA-nın Şura iclasında və Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.