Xaçmazda yanğın hadisəsi olub

9 Oktyabr 2017 07:06 (UTC+04:00)

Xaçmaz rayonunda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yerləşdirilən xəbərə görə, Xaçmaz şəhərində ümumi sahəsi 160 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 110 m2 sahədə və dam örtüyü 90 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.