Bərzani Türkiyə ilə münasibətlərin pisləşməsindən danışdı

8 Oktyabr 2017 21:02 (UTC+04:00)

İraq Kürd Muxtariyyətinin Baş naziri Nəcirvan Bərzani referendumdan sonra Türkiyə ilə münasibətlərin pisləşməsindən danışıb. Bu barədə “Rudaw” saytı informasiya yayıb.

“Türkiyə ilə münasibətlərimizi normallaşdırmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik”, - Bərzani bildirib.

Qeyd edək ki, 25 sentyabr tarixində İraq Kürd Muxtariyyətində müstəqillik referendumu Türkiyənin kəskin narazılığına səbəb olmuşdu.