Nazirlər görüşdü

8 Oktyabr 2017 12:06 (UTC+04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə gürcü həmkarı Mixeil Canelidze ilə görüşüb. Görüş GUAM-ın 20 illiyinə həsr olunan təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.   Görüşdə Azərbaycan və Gürcüstan arasında  ikitərəfli və GUAM çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.